Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov Pərviz Quliyev Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə başlayıb.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 10-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin evindən oğurluq etməkdə, ona ümumilikdə 429 min 172 manat dəyərində ziyan vurmaqda ittiham olunurlar.