ARB TV xəbər verir ki, polis Abşeron rayon sakini olan 34 yaşlı Şahin Məmmədovu kirayənişi Yavər Babayevi bıçaqladığı üçün saxlayıb. Özünün dediyinə görə, Yavərin sağlamlığına bacısına zəng etdiyi üçün qıyıb.
Bacısının həyat yoldaşı bu yaxınlarda dünyasını dəyişib və bundan sonra qardaş onu 3 övladı ilə birgə öz himayəsinə götürüb. Şahin Məmmədovun evində kirayədə qalan Yavər Babayev isə Şahin Məmmədovun bacısı oğlundan anasının nömrəsini alıb. Daha sonra isə qadına zəng edib. Bundan xəbər tutan Şahin bıçağa əl atıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.