İrandan Azərbaycana narkotik vasitə gətirmək istəyən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə, xalis çəkisi 1,804 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.