Ancaq bir həqiqət var ki, bu sahəni seçənlərin böyük qismi ağır, keşməşkeşli uşaqlıq dövrü yaşayır.
Unikal.org xəbər verir ki, "Zenit"in portuqaliyalı legioneri Miqel Danni də son müsahibəsində bu məqama toxunub. Zədə üzündən Portuqaliyanın tarixi qələbəsiylə bitən Avropa çempionatını buraxan yarımmüdafiəçi balaca ikən restoranda qabyuyan da işləyib:
"Mən Venesuelada böyümüşəm. O vaxt indikindən daha çox əmin-amanlıq var idi. Mağazadan istədiyin ərzağı ala bilərdin, uşaqlar küçədə sərbəst şəkildə oynayırdı. Onda Venesuelada ən populyar idman növləri basketbol və beysbol idi. Yeri gəlmişkən, mən də özümü bu idman növlərində sınayırdım və heç də pis alınmırdı. Ancaq valideynlərim portuqaliyalı olduğu üçün evdə ancaq Portuqaliya kanallarına baxırdılar. Mənim də xoşuma gəlirdi və uşaq yaşlarından arzulayırdım ki, peşəkar futbolçu olum. Venesuelada atamın bir restoranı vardı. Portuqaliyaya köçəndən sonra Madeyrada yenisini açdı. Yadıma gəlir, özümü pis aparanda atam məni cəzalandıraraq qabları yumağa göndərirdi".