Azərbaycanda 4 yaşlı uşaq 3 yaşlı qardaşını güllələyərək xəsarət yetirib.
DİN-dən Unikal.org-a verilən məlumata görə, noyabrın 13-də Astara rayonunun Siyəkü kəndində yaşayan 4 yaşlı Elvin Zahirzadənin babasına məxsus tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşlə 3 yaşlı qardaşı Güloğlana xəsarət yetirmişdir. Uşaq xəstəxanaya yerləşdirilmişdir.
Araşdırma aparılır.