22 yaşlı Bakı sakini Vəliyev (etik normalara görə ad göstərilmir) məhəbbət münasibətinə görə peşman olub, belə ki, şantaj obyektinə çevrilib.
Həm də onu ürəkləri fəth etməkdə təcrübəli olan xanım deyil, Masallıdan olan bir xanım küncə sıxışdırıb.
Unikal.org xəbər verir ki, bu barədə sputnik.az-a Bakı şəhərinin Nəsimi rayonunun 20-ci polis bölməsindən bildiriblər.
Vəliyev polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, Masallı rayon sakini Nəsirova onu ifşa etməklə hədələyərək 6,8 min dollar pul tələb edib. Gənc adam valideynlərinin qəzəbindən qorxaraq həmin məbləği qıza ödəyib. O, bununla problemlərdən yaxa qutaracağına ümid edib.
Nəsirova Vəliyevi hədələyərək ondan hamilə olduğunu, bunu onun valideynlərinə deyəcəyini, onunla evlənməyə məcbur olacağı ilə hədələyib. Gənc oğlan bunu heç təsəvvür də edə bilməzdi. Amma düşdüyü vəziyyətin ağlasığmazlığını əlindəki pulu verdikdən sonra anlayıb.
Polisdən işin yoxlanılma mərhələsində olduğunu və fakt üzrə heç kimin saxlanılmadığını bildiriblər. Eyni zamanda 22 yaşlı gəncin 6,8 min dollar pulu haradan əldə etdiyi də yoxlanılır.