"Bəzi KİV-də Moskvadakı etnik kriminal qruplaşmalar arasında göyərti bazarı uğrunda mübarizənin kəskinləşməsi barədə xəbərlər sifarişli xarakter daşıyır.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, bu barədə "Praym Krayma adı çəkilməyən azərbaycanlı qanuni oğrulardan birinin nümayəndəsi bildirib.
Məlumatda vurğulanır ki, Rusiyada və digər postsovet ölkələrində kənd təsərrüfatı məhsulları ticarəti adətən azərbaycanlıların inhisarında olub.
"Hələ Lotu Bəxtiyarın vaxtından bu bazarlardan gələn gəlirlər azərbaycanlı oğrular arasında bərabər bölünüb. Amma Seymur, Hikmət, Çingiz öldürüləndən sonra bu proporsiya pozuldu. Rövşən hər şeyi özü götürəsi oldu.
Məlumatda deyilir ki, Rövşənin qətlindən sonra onun mirasına sahib olmaq istəyən Kaxa Parpaliya və Levan Cannqveladze, onun qardaşı Merab azərbaycanlılar tərəfindən qəbul edilmədi. Çünki azərbaycanlılar onlarn hamisi kimi gürcüləri yox, öz həmvətənlərindən birini görmək istəyirdilər.
"Hazırda isə bazarlara Rövşənin iki qatı düşməni Vaqif Süleymanov ("Diplomat) və Nadir Səlifov ("Quli) nəzarət etməyə başlayıb. Ona görə də son vaxtlar bazar uğrunda müharibələr səngiyib - deyə bildirilib.