Goranboy rayonunda fərdi yaşayış evindən oğurluq olub.
Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Xoylu kəndində, Sənan Allahverdiyevə məxsus evdə qeydə alınıb.
Belə ki, ailə üzvləri yaxın qohumlarının yas mərasimində olarkən qonşular Allahverdiyevlərin yaşadığı evin pəncərəsini açıq görüb və bu barədə ev sahibinə məlumat veriblər. Onlar yas mərasimindən qayıdarkən evin qarət olunduğunu görüblər.
Zərərçəkənin qardaşı Hüseyn Allahverdiyev bildirib ki, oğrular evə çöl pəncərədən girib, sandıqda olan qızıl-zinət əşyalarını və müəyyən miqdarda pulu götürüblər.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.