Bakının Nizami rayonunda qonaq ev sahibini bıçaqlayıb.

Unikal.org musavat.com-a istinadən xəbər verir ki, hadisə Bəhruz Nuriyev küçəsində baş verib.

25 yaşlı Gülmalıyev Roman Ramiz oğlu ilə evində qonaq olan şəxs arasında mübahisə düşüb. Qonaq bıçaqla Roman Gülmalıyevin boğaz və qol nahiyələrinə zərbə vuraraq, hadisə yerindən qaçıb. Hadisə zamanı evdə onların ikisindən başqa heç kim olmayıb.

Roman Gülmalıyev zənglə yaxınlarına məlumat verə bilib və təcili yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan yaralı əməliyyat olunub və həyatı üçün olan təhlükə aradan qaldırılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.