Fasilədən sonra davam edən prosesdə ilk öncə zərərçəkən şəxslərin ifadə verməsi ilə bağlı qərar qəbul edilib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, zərərçəkmiş şəxs qismində Şahmar Qurbanov ifadə verib.

O, istintaqa verdiyi ifadəni təsdiqləyərək, mülki iddiası ilə bağlı dəymiş ziyanın ödənilməsini tələb edib.
Akif Çovdarov Şahmar Qurbanovu yalan danışmaqda ittiham edib.

Çovdarovun vəkili Şahin Rəfiyev məhkəmə tərkibinə etiraz etsə də, hakim etirazı baxılmamış təmin etməyib.

Proses noyabrın 23-də davam etdiriləcək.