Amazoniyada yaşayan ovçuların dili - piraxan - dünyanın ən qəribə dili adlandırılıb.

Unikal.org oxu.az-a istinadən bu barədə ScienceNordic nəşri məlumat yayıb. Belə bir qənaətə Oslo universitetinin dilşünaslıq professoru Rolf Teyl gəlib.

Teylin sözlərinə görə, piraxan dilində mənaları fərqləndirmək üçün səs yüksəyliyindən istifadə olunur. Məsələn, piraxan dilində "dost və "düşmən sözləri eyni yazılır, lakin müxtəlif deyilişə malikdir. Bundan əlavə, bu dildə danışmaq, oxumaq və fit çalmaq olar. Fit çalmağı kişilər ovda istifadə edirlər. 

Piraxan dilində cəmi üç sait və səkkiz samit var. Bu dildə rəngləri ifadə edən və say bildirən sözlər yoxdur. Əgər hər hansı bir rəngi ifadə etmək lazımdırsa, bu zaman bu rəngdə olan əşyaların adı çəkilir ("qırmızı - "qan, "yaşıl - "yarpaq). Say bildirmək isə yalnız üç sözlə ifadə olunur ("bir neçə, "daha çox və ya "çox), lakin müəyyən ədəd və ya rəqəmləri bildirən sözlər yoxdur. Piraxan dilində həmçinin felin zamanları da yoxdur.

Bəzi dilşünasların fikrincə, Piraxan dilinin mövcüdluğu Noama Homskinin bütün dillərdə cümlə quruluşunun universallığı barədə nəzəriyyəsini şübhə altına qoyur.