Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə biabırçılıq baş verib.
Unikal.org-un məlumatına görə, 10 yaşlı qız uşağı 28 yaşlı gənc tərəfindən qaçırılıb.
Biabırçı hadisə Poniçala (Soğanlıq) kəndində baş verib. Əmisigilə gedən Telli ( ad şərtidir) qonşu kənd - Qaraçalar kənd sakini tərəfindən zorla qaçırılıb. Valideynlərinin təkidi ilə bir neçə gün sonra qız ata evinə qaytarılıb. Lakin 10 yaşlı Tellinin zorlandığı məlum olub.
Kənd sakinlərinin big.az-a verdiyi məlumata görə, azərbaycanlıların yaşadığı sözügedən kənddə tez tez belə hallar baş verir. Sakinlər bu cür biabırçı hadisələrin baş verməsindən şikayətçidirlər.
Qeyd edək ki, 10 yaşlı Telli hicablı olub.