AFFA İntizam Komitəsi şübhəli oyunlarla bağlı araşdırmaların yekunu olaraq, cəza tədbirləri görüb. 

Unikal.org qurumun saytına istinadən məlumatına görə, UEFA-dan və digər mənbələrdən I Divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlar AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılır.

Komissiyanın qərarına əsasən bu işdə şübhəli bilinən adları aşağıda göstərilmiş şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılır.

"Şahdağ

  1. Kamran Ağakərimov
  2. İqrar Səmədov
  3. Tofiq Səfiyev
  4. Mahiddin Ağamov
  5. Faik Ağarəhimov
  6. Rafael Kübərov (İnzibatçı)

"Rəvan

  1. Əkbər Əhmədov
  2. Fərid Ağayev
  3. Mirqasım Cabbarlı
  4. Elvin Əliyev
  5. Omid Masumi
  6. Fərid Quliyev
  7. Cəmşid Məhərrəmov

"Bakılı

  1. Bəhram Bəhramzadə
  2. Xəzər Qəribov

"Göyəzən

  1. Arzuman Vəliyev
  2. Orxan Əsgərov
  3. Tunar Şahtaxtinski

"Energetik

  1. Elvin Əlizadə
  2. Kamran Lalayev
  3. Orxan Əlibalayev

"Şərurspor

  1. Mehdi Rəsulov
  2. Samir Musayev

Hakim

Anar Niyazov

Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.