Azərbaycanda "Publik hüquqi şəxs institutunun tətbiqi onun dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən funksiyaları həyata keçirməsi ilə bağlıdır. Adi hüquqi şəxsdən fərqli olaraq, publik hüquqi şəxs heç vaxt müflis ola bilməz. Ona qarşı yalnız inzibati icraat çərçivəsində məhkəmə iddiaları qaldırıla bilər. İkincisi, publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə bilər, özünü maliyyələşdirə və ya büdcədən maliyyələşdirilə bilər. Üçüncüsü, onun əməkdaşları dövlət qulluqçuları ola bilər, bağladığı müqavilələr isə mülki deyil, digər dövlət orqanlarının bağladığı müqavilələr kimi, inzibati müqavilələr ola bilər. İctimai hüquqlu hüquqi şəxs üçün adi hüquqi şəxs üçün mövcud olan məhdudiyyətlər yoxdur. Onun birbaşa təsisçisi dövlətdir.
Prezident bu dövlət qurumlarının səlahiyyətlərini artırdı - FƏRMAN
![Prezident bu dövlət qurumlarının səlahiyyətlərini artırdı - FƏRMAN Prezident bu dövlət qurumlarının səlahiyyətlərini artırdı - FƏRMAN](/photos/unikal/2016-11-24-18-02-58Ilham-Eliyev.jpg)
17:54 24-11-2016
SİYASƏT
Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Unikal.org xəbər verir ki, sərəncama əsasən "Mərkəzi icra hakimiyyəti orqanı hüquqi statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxs, "Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı hüquqi statusuna malik Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi əsasında "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi publik hüquqi şəxs yaradılıb.
Həmçinin "Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı hüquqi statusuna malik Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs, "Dövlət orqanı hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) publik hüquqi şəxs yaradılıb.
Bundan başqa, "İcra hakimiyyəti orqanı hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əsasında "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxs, "İcra hakimiyyəti orqanı hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi əsasında "Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxs, "İcra hakimiyyəti orqanı hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında "Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılıb.
Sərəncama əsasən, "İcra hakimiyyəti orqanı hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əsasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs, "İcra hakimiyyəti orqanı hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi əsasında "Tərcümə Mərkəzi publik hüquqi şəxs yaradılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilib və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilib.
Sərəncama əsasən Nazirlər Kabineti bu Fərmanla yaradılan publik hüquqi şəxslərin Nizamnaməsinin layihəsini, yeni yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Publik hüquqi şəxs nədir?
Digər Xəbərlər
2024-07-28 20:39:51
![Vahid Əhmədov deputatlığa namizədliyinigeri götürdü Vahid Əhmədov deputatlığa namizədliyinigeri götürdü](/photos/unikal/1722184866.3750b1eb-4c8a-3f5d-bd6b-ee092f022da1_850.jpg)
2024-07-28 11:10:48
![Prezident perulu həmkarını təbrikETDİ Prezident perulu həmkarını təbrikETDİ](/photos/unikal/1722150813.66a5ee5f383ad66a5ee5f383ae172215049566a5ee5f383ab66a5ee5f383ac.jpg)
2024-07-26 22:12:20
![Kral III Çarlz Muxtar Babayevi qəbulETDİ Kral III Çarlz Muxtar Babayevi qəbulETDİ](/photos/unikal/1722017664.bdd6236a-55dc-323a-a346-189fa43d0227_850 (1).jpg)
2024-07-26 19:56:30
![“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk -Ərdoğan “Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk -Ərdoğan](/photos/unikal/1722009600.1722003960_1722002730156671356_1200x630.jpg)
2024-07-26 18:22:12
![Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi Yaşar GülərləGÖRÜŞDÜ Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi Yaşar GülərləGÖRÜŞDÜ](/photos/unikal/1722003840.66a3aec9c53e766a3aec9c53e8172200314566a3aec9c53e466a3aec9c53e5 (1).jpeg)
2024-07-26 16:17:14
![Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıqSazişi təsdiqləndi Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıqSazişi təsdiqləndi](/photos/unikal/1618308662.ilham əliyev müsahibə 13102020.jpg)
2024-07-26 16:16:19
![Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsitəyin edildi Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsitəyin edildi](/photos/unikal/1721996222.avropa.jpeg)
2024-07-26 11:47:53
![Ceyhun Bayramov Somalinin XİN rəhbərini qarşıladı Ceyhun Bayramov Somalinin XİN rəhbərini qarşıladı](/photos/unikal/1721980110.ffff.png)
2024-07-26 11:12:23
![İlham Əliyev Maldiv liderinitəbrik etdi İlham Əliyev Maldiv liderinitəbrik etdi](/photos/unikal/1708605353.1693301141.1661514191_ilham.jpg)
2024-07-25 22:29:30
![Şuşa Forumu Bolqarıstan mətbuatında Şuşa Forumu Bolqarıstan mətbuatında](/photos/unikal/1721932293.1721932033_1721928019963827439_1200x630.jpg)
2024-07-25 20:11:51
![Serbiya-Azərbaycan əlaqələri müzakirəedildi Serbiya-Azərbaycan əlaqələri müzakirəedildi](/photos/unikal/1721924095.1721921597_4020ec6f-7351-3dae-b96d-0156bdd3aa6e_850.jpg)
2024-07-25 19:02:51
![Polşa səfiri Bakını tərkedir Polşa səfiri Bakını tərkedir](/photos/unikal/1721919852.1721918612_5b23136c-ad88-318c-b323-4dc4882c09e5_850.jpg)
2024-07-25 18:33:59
![Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələrkeçirildi Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələrkeçirildi](/photos/unikal/1721918086_17219141854785555437_1200x630.jpg)
2024-07-25 16:04:56
![Hərbçilərimiz Ermənistanın kəşfiyyat cəhdinin qarşısını aldılar- RƏSMİ Hərbçilərimiz Ermənistanın kəşfiyyat cəhdinin qarşısını aldılar- RƏSMİ](/photos/unikal/1594743425.mudafie.jpg)
2024-07-24 18:08:30
![Ceyhun Bayramov İsrail XİN-in baş direktoru iləgörüşdü Ceyhun Bayramov İsrail XİN-in baş direktoru iləgörüşdü](/photos/unikal/1721830247_17218284622253711023_1200x630.jpg)
2024-07-24 17:26:09
![Hikmət Hacıyev Polşa səfiri ilə görüşdü Hikmət Hacıyev Polşa səfiri ilə görüşdü](/photos/unikal/1721827957.YsJeOVwA55AcOMOilmdqFQnenqZxWHQCBA4JPs23_1200.webp)
2024-07-24 15:13:03
!["Azərbaycan Ermənistanla danışıqlara hər zaman hazır olub"- XİN "Azərbaycan Ermənistanla danışıqlara hər zaman hazır olub"- XİN](/photos/unikal/1669383449_1668164081_ayxan_hacizade_201022.jpg)