Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov saxta yumurta istehsalı ilə bağlı Unikal.org-a açıqlama verib. 

O bildirib ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti olaraq , məsələ barədə Kütləvi İnformasiya Vasitələrindən əhaliyə müraciət ediblər: 

"Kimin əlində o yumurtadan bir ədəd belə varsa, təqdim etsin yerində araşdıraq. Bu məsələ hər kəs kimi bizi də çaş-baş qoyub. 

DBX rəisi iynə ilə şişirdilən toyuq məhsullarından da danışıb: 

"Bu məsələ də araşdırılıb və daima monitorinq aparılır. Yumurtadan əvvəl broyler toyuqlarının da iynə ilə şişirdilərək əhaliyə satılması barədə şaiyələr yayıldı. Aparılan araşdırmalardan sonra məlum oldu ki, satılan toyuq məhsulları yeyinti üçün tam yararlıdır. Toyuqların tərkibində nə xəstəlik, nə də zəhərli maddə aşkar olundu.

Amid