Virtual reallıq yalnız oyun sənayesində deyil, həmçinin başqa sahələrdə tətbiq edilir. ABŞ-ın "Provata Health şirkəti "İOS mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün meditasiyayönümlü proqram çıxararaq tibb sahəsində virtual reallıq texnologiyasının imkanlarını sınaqdan keçirməyə qərar verib.

Unikal.org xəbər verir ki, virtual reallıq cihazını geyinən istifadəçi "iPhone qurğusunda proqramı işə salaraq 360 dərəcəli "sakitləşdirici vizual mühitə yüklənir. Həmin proqramın köməyi ilə dünyanın heyranedici yerlərinə səyahət etmək olar.

"Provata Health şirkətinin baş direktoru Aleks Qoldberqin sözlərinə görə, rəhbərlik etdiyi şirkətin bütün sağlamlaşdırma proqramları klinik sınaqlardan keçib, ancaq yeni virtual reallıq proqramı eksperimentaldır. Onun effektivliyi elmi cəhətdən yoxlanılmayıb.

Hesab edilir ki, proqram beynin fəaliyyətinə sakitləşdirici təsir göstərir və zehni yüklənməni azaldır. "Provata VR cihazı gündəlik istirahət sessiyalarının yuxuya necə təsir etdiyini öyrənməyə imkan verir.