Təcili yardım maşınlarına yol verməyən sürücülər cəzalandırıla bilər.

Unikal.org xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Səhiyyə Nazirliyi tərəfindən elektron sistemin tətbiqi istiqamətində iş aparıldığını deyib. "Təklif edilib ki, gələcəkdə hər bir sanitar avtomobilin ön şüşəsində kameralar quraşdırılsın. Həmin kameralar vasitəsilə sanitar maşınlara yol verməyən nəqliyyat vasitələri qeydə alınsın və sonra bu barədə dövlət yol polisinə məlumat ötürülsün, - R.Nağıyev qeyd edib.

Baş həkim təcili yardım maşınlarına yol verilməsi üçün təbliğat aparılmasının da vacib olduğunu bildirib. "Hər kəs buna həssaslıqla yanaşmalıdır, - o deyib.(virtualaz.org)