Ötən gün Tarif Şurası qaz və elektir enerjisinin qiymətlərində dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Unikal.org-un məlumatına görə, yeni qərarla birlikdə əhaliyə müəyyən limit veriləcək və o limiti keçdikdən sonra qiymətlər yeni tariflə ödəniləcək. Bəs necə? Dəyişikliyə qədər ayda misalçün, 20 manat qaz və ya işıq pulu ödəyən şəxslər dəyişiklikdən sonra ayda neçə manat əlavə ödəniş edəcək?

Məsələyə ReAl hərəkatının rəsmisi, iqtisadçı-ekspert Natiq Cəfərli aydınlıq gətirib. Onun sözlərinə görə, əgər siz ayda qaz üçün ortalama 12,5 manatdan artıq pul ödəyirsinizsə, deməli yanvarın 1-dən sonra, bu məbləğl keçən qaz sərfinin ikiqatını ödəyəcəksiniz.

Dəyişiklik işıq pulu tariflərində isə belə tətbiq ediləcək: əgər siz ayda 17,5 manatdan çox işıq pulu verirsinizsə, deməli yanvarın 1-dən sonra bu məbləğdən artıq sərfiyata 55 faiz daha çox ödəniş edəcəksiniz.