Unudulmaz, həzz dolu və hər iki tərəfin də təmin olunduğu seks həyatını hər kəs arzulayır. Lakin bəzən tərəflərdən birinin fərqində olmadan etdiyi səhvlər xoşbəxt sona mənfi təsir edir. Unikal.org xəbər verir ki, belə səhvlərə yol vermək istəməyən cütlüklər Aile.lent.az-ın təqdim etdiyi 4 qızıl qaydanı diqqətlə oxusun.
1. Əhvalınızı korlayan mövzuları yatağınızdan uzaq tutun
Seksin əvvəlində əsla cansıxıcı mövzulardan bəhs etməyin. Gündəlik həyatda kifayət qədər darıxdırıcı hadisələr var və bu hal həm sizin, həm də tərəf müqabilinizin əhvalını korlayır. Bu vəziyyəti dəyişdirmək üçün yatağa girməzdən əvvəlki həyatınızı olduğu yerdə buraxın və zövq dolu anlar yaşamaq üçün özünüzü o ana kökləyin.
3. Təmizlik və bədən qoxusu əhəmiyyətlidir
Hər şeyi bir kənara qoyaq, bütün seksuallığı və həyəcanı təmizliklə
belə, təmin edə bilərsiniz. Tər, siqaret və s. kimi pis qoxular tərəf
müqabilinizi sizdən itələmək üçün ən vacib faktorlardır. Tərəf
müqabilinizin zövqünə görə qoxular və təmiz bədən gözəl seksə
təminatdır.
4. Həssas nöqtəyə toxunuş
Hara və necə toxunmağınız tərəf müqabilinizi nə qədər tanıdığınıza bağlıdır. Onun həssas nöqtələrini axtarmaqsa tərəf müqabilinizi daha çox həyəcanlandıracaq və bu kəşf hər ikinizə ləzzət verəcək.