2. Cek kəndi, Quba
Cek kəndi Baş Qafqaz silsiləsinin yamacındadır. Qubanın 43 kilometr cənub-qərbində, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalaxudat kəndləri ilə əhatə olunub. 2009-cu ilin oktyabr ayının əvvəllərində baş vermiş torpaq sürüşməsi ilə Qudyal çayın qarşısının kəsilməsi nəticəsində göl yaranıb. Bu gölü ceklilər "İşğın gölü adlandırır. "İşğın cek dilindən tərcümədə "torpaq sürüşməsi deməkdir.
3. Qalacıq, İsmayıllı
Kənd rayon mərkəzindən 30 km şimal-qərbdə, dağ ətəyində yerləşir. Qalacıq yaxınlığındakı çayın sahilində 9-14 əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd əhalisinin sayı 2502 nəfərdir. Onu da qeyd edək ki, məşhur "Ögey ana filmi bu kənddə çəkilib.
4. Parakənd, Gədəbəy
Kənd Gədəbəydən 15 km aralıda, dağların qoynunda yerləşir. Burada 2 minə yaxın insan yaşayır. Kənd sakinləri əsasən, maldarlıq və əkinçiliklə məşğul olur. Parakənd Çaldaş, Leşkər və Daryurd kəndləri ilə qonşudur. İllər əvvəl burada zəngin insanlar yaşadığı üçün kəndin adı Parakənd qalıb.
5. Siyov, Lerik
Meşələrlə əhatə olunmuş dağların qoynunda yerləşən kəndlə bağlı təəssüf ki, internetdə məlumat azdır. Siyov kəndi ilə bağlı vikipediyada qeyd olunur ki, burada, xüsusilə Taxus baccata iynəyarpaqlı ağaclarıgeniş yayılıb.