Türkiyə polisi masaj salonları ilə bağlı internetdə verilən elanlara əhalini inanmamağa çağırıb.
Unikal.org haberturk-a istinadən xəbər verir ki, Ankarada A.Ç., ictimai mediada gördüyü və masaj etdirmək üçün getdiyi yerdə döyülərək qəsb edilib.
Polisin yaydığı məlumata görə, son 1 həftə ərzində 15 belə hadisə qeydə alınıb. Polis internetdə yazıştığınız insanlara güvənməyin "xəbərdarlığını" edib.
Bu cür hadisələrin artmasını görən Ankara Çankaya İlçe Təhlükəsizlik Müdirliyi qrupları, internetdə elanı yayılan masaj salonunda əməliyyat keçirib. Polis, axtarışlarda silah, sursat və pnevmatik tüfənglər ələ keçirib.
Vətəndaşları döyən 5 şəbəkə üzvü həbs olunub. Masaj salonunda zərər çəkmiş A.Ç., polisə verdiyi ifadədə, salonun adını, fotoşəkillərini və telefon nömrəsini ictimai mediada gördüyünü söyləyib.
A.Ç., yaşadıqlarını belə izah edib: "Nömrəni axtardım, Beyza adlı bir qadın, salonun yerini mənə dedi. Ünvana getdim, qapını yenə o açdı və məni bir otağa apardı. Bir müddət masaj etdikdən sonra çıxdı. Sonra içəri 6 iri bədənli adam girdi. Məni döyüb avtomobilimiz açarlarını və pulumu aldılar".
Xəstəxanaya qaldırılan A.Ç.'nin həyati təhlükəsinin olmadığı öyrənilib.
Polis, salonlara gedən müştəriləri qəsb edən şəbəkənin yaşı kiçik qız uşaqlarını da cinayətə sürükləndiyini təsdiq edib. Çankaya bölgəsində meydana gələn son hadisədə nəzarətə alınan qız uşaqlarından A.Ç., S.F.Y. və D.D., ifadələrində iş yeri sahibləri tərəfindən zorla işlədildiklərini ifadə etdi.
A.Ç.-nin isə "Ailəm mənə baxmaq istəmədi, məcbur qaldığım üçün bu işi edirəm"fikrini səsləndirib.