Meksikada martın 3-dən etibarən qrip epidemiyasından ölənlərin sayı 84 nəfərə çatıb.
Unikal.org-un APA-ya itinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə nazirliyindən bildiriblər.
Beləliklə, ötən ilin oktyabrından Meksikada qripdən ölənlərin sayı 182-yə çatıb. Həmçinin, son altı ayda ölkədə 140 nəfər "donuz qripi"dən A(H1N1) ölüb.
Epidemiya əsasən Mexiko, Xalisko, Tlaslala və Puebla ştatlarını və ölkənin paytaxtını əhatə edib.
Qeyd olunur ki, bir çox məktəb və uşaq bağçaları müvəqqəti olaraq fəaliyyətlərini dayandırmalı olublar.