2 gün əvvəl Ankaradakı sərgi salonunda Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirən şəxsin sevgilisi də polis tərəfindən nəzarətə alındı.

Unikal.org xəbər verir ki, Andrey Karlovun qatili Mert Altıntaş telefonu üzərində edilən araşdırmada, şifrəsinin həll edilməsi üçün edilən araşdırma davam edir. Altıntaşın sevgilisi istintaq daxilində nəzarətə alınıb.
Türkiyəni sarsıdan Rusiya səfiri Andrey Karlova qarşı sui-qəsdi istintaqı davam edir. Prokurorluq və təhlükəsizlik işçiləri terrorist polis Mevlüt Mert Altıntaşın əlaqələrini, sui-qəsdin təlimatını kimdən aldığı və Karlovun sərgi açılışına müdafiəsiz gedəcəyini necə öyrəndiyini araşdırır.

Təcavüzkarın HTS (telefon trafiki) qeydlərindən ən çox danışdığı kəslər siyahısında bir qadının olduğu təsdiq edildi. O xanımın Kırıkkalede olduğu təyin olundu. Bu qadının, Altıntaşın sevgilisi olduğu ortaya çıxdı.

Altıntaşın son dövrdə tez-tez görüşdüyü qız yoldaşı sorğuya alındı. Sorğuda Altıntaşın əlaqələri, görüşdüyü kəslər, hücum haqqında özüylə hər hansı bir şeylər paylaşıb paylaşmadığı və ideologiyasına istiqamətli sualların yönəldildiyi bildirilir.

Xatırladaq ki, Mert Altıntaş dekabrın 19-da yerli vaxtla saat 19.05-də Karlova atəş açaraq onu öldürüb. Dərhal sonra türk və ərəb dilində bəzi sözləri deyən qatil salondakı fotoları divardan sökməyə başlayıb. Hadisə yerinə ilk olaraq polislər saat 19.27-də yaxınlaşıb. "Təslim ol çağırışına atəşlə cavab verən M.Altıntaş yerə uzanaraq müqavimətə davam edib. Az sonra divarın arxasına keçən 22 yaşlı polis əməkdaşı ilk olaraq saat 19.32-də ayağından yaralanıb. Onun ayağında ümumilikdə 4 güllə yarası aşkarlanıb. Lakin yaralanmasına baxmayaraq M.Altıntaş uzanıqlı vəziyyətdə atəş açmağa davam edib və çevik polis alayının əməkdaşlarının saat 19:42-də açdığı atəş onun boyun nahiyəsinə dəyib.

Bununla da terrorçu məhv edilib.