Fəaliyyəti dayandırılan ANS TV-nin Vaşinqton bürosunun keçmiş rəhbəri, telejurnalist Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub.

Unikal.org xəbər verir ki, publika.az-ın rəsmi mənbədən əldə etdiyi məlumata görə, bir neçə ay öncə Qənirə Ataşova Türkiyəyə səfər etmək istəyərkən, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından geri qaytarılıb və ölkə xaricinə getməsi ilə bağlı qadağa qoyulması barədə ona məlumat verilib. Telejurnalistin Türkiyəyə səfər etmək üçün aldığı bilet isə ləğv edilib.

Xatırladaq ki, Qənirə Ataşova ANS-in Vaşinqton bürosunun rəhbəri olan zaman ABŞ-da "FETÖ lideri Fətullah Güləndən müsahibə alması ilə gündəmə gəlib.