Tovuzun Aşağı Quşçu kəndində keçirilən toy mərasimində maraqlı hadisə qeydə alınıb.

Unikal.org Report-a istinadən xəbər verir ki, toy günü qız evinə yola düşən avtomobil karvanına gözlənilmədən 5 ədəd bəzəkli "Belarus" traktoru qoşulub.

Toyu olan Səməd Həsənlinin dostları bu şəkildə onu təəccübləndirmək istəyiblər. Qəribə toy karvanı ətrafdakıların da diqqətini cəlb edib.