İsrailin Baş nazir Benyamin Netanyahu İranla bağlı dünya ölkələrinə çağırış edib.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, Netanyahu İranın ballistik raket sınağı keçirməsinə qarşı çıxıb.
 
Netanyahu İranın bu addımına qarşı dərhal cərimə tətbiq edilməli olduğunu bildirib. İsrail hökuməti hesab edir ki, İran ballistik raket sınağı zamanı BMT-nin 2231 nömrəli qətnaməsinə riayət etməyib. Bu səbəbdən də İrana qarşı sanksiya tətbiq edilməlidir.
 
Qeyd edək ki, bir müddət öncə İran ballistik raket sınağını keçirmişdi. ABŞ məsələ ilə bağlı 14 marta BMT-nin Təhlükəsizlik Şurasının iclasını çağırıb.