Bakıda daha bir evdən xeyli pul və tikinti materialı oğurlanıb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Corat küçəsində baş verib. Həmin küçədə yerləşən və 1983-cü il təvəllüdlü Əsədov Arif Alim oğluna məxsus olan evdən 2500 manat pul, 6 ədəd kombi aparatı, su motoru və 130 rulon divar kağızı oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.