Azərbaycanda siqaretin qiymətlərində artım müşahidə olunmağa başlayıb.

Unikal.org report-a istinadən xəbər verir ki, paytaxt Bakıda fəaliyyət göstərən mağazalarda müxtəlif növ siqaretlərin qiymətlərində 0,10 manat artım qeydə alınıb.

Satıcılar bunu Azərbaycanda pərakəndə satış istisna olunmaqla, tütün məmulatlarının nağd pulla satışına qoyulan qadağa ilə əlaqələndiriblər.

Qeyd edək ki, sözügedən qaydanın tətbiqi son istehlakçıya aid olunmur.