Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Xətai rayon sakini, 1973-cü il təvəllüdlü Ələkbərov Sakit Mikayıl oğlu polisə şikayət ərizəsi yazaraq bildirib ki, Cavid və Orxan adlı şəxslər onun 7 min dollarını ələ keçirib.
O bildirib ki, keçən ilin iyununda Gəncə prospektində yaşadığı evdə həmin şəxslərə maşın almaq məqsədi ilə 7 min dollar verib. lakin həmin şəxslər vədlərinə əməl etməyiblər.
Müraciət əsasında araşdırma aparılır.