Yanvarın 2-də Ağstafa rayonunun Yuxarı Göyçəli kəndində bədbəxt hadisə baş verib.
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, rayon sakini Asim Allahverdiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən kənd sakinləri Şəfaqət Göyüşova və qızı Simizər xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.
Ağstafa RPŞ əməkdaşları tərəfindən A.Allahverdiyevdən "Stevens" markalı tüfəng götürülüb.
Araşdırma aparılır.