"Ggənclərin kütləvi köçü və pis demoqrafik vəziyyət səbəbindən Ukrayna öz sərhədlərini Asiyadan olan miqrantlar üçün açmalıdır".

"Unikal" xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib. 

Onun sözlərinə görə, ölkədə yaşlı insanların üstünlük təşkil etdiyi müşahidə oluna bilər. Ukrayna hələ Rusiya ilə hərbi münaqişədən əvvəl mənfi demoqrafik tendensiyalar yaşayırdı:

"Uzunmüddətli perspektivdə əhali üçün yaxşı heç nə olmayacaq... Artıq heç kim dünyanın heç bir yerində uşaq dünyaya gətirmək istəmir. Biz ölkəni  Banqladeş, Nepal, Hindistan, Filippin və Vyetnamdan olan miqrantların üzünə açmalı ola bilərik ", - deyə keçmiş nazir bildirib.