Gəncə şəhərində qəribə hadisə baş verib.

"Unikal" xəbər verir ki, inək şirniyyat mağazasına hücum edib. Hadisə şəhərin Totanlı adlanan ərazisində baş verib. Belə ki, nəzarətsiz qalan inək anidən yaxınlıqda olan şirniyyat mağazasına daxil olub. Həmin vaxtı xəsarət alan olmasa da mağazaya ciddi ziyan dəyib.

Sözügedən görüntüləri diqqətinizə çatdırırıq.  

Tural Əhmədov