ABŞ Baş prokuroru Pam Bondi Tramp administrasiyasının təhlükəsizliyi qorumaq və cinayət nisbətlərini azaltmaq üçün keçən ay ictimai təhlükəsizliklə bağlı fövqəladə vəziyyət elan etdiyi Vaşinqtonda həbslərin sayı və qanunsuz silahlarla bağlı açıqlama verib. 

"Unikal" xəbər verir ki, Bondinin sözlərinə görə paytaxt şəhərdə fövqəladə vəziyyət elan olunduqdan sonra 3000-dən çox adam həbs edilib. 

"Bizim missiyamız sayəsində Vaşinqtonda 3000-dən çox insan həbs edilib və 280-dən çox qeyri-qanuni odlu silah ələ keçirilib. Dünən 80 nəfər həbs edilib", - Pondi bildirib.