Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Nissan" markalı avtomobillə motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü - 1966-cı il təvəllüdlü Kərəm Həsənov yaralanıb. O dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov