Bu gün tanınmış jurnalist Namiq İbrahimov vəfat edib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, 1970-ci il təvəllüdlü N.İbrahimov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, N.İbrahimov Azərbaycanda "Zerkalo" və digər rusdilli mətbuat orqanlarında çalışıb. Son 1 ildə "Vesti.az" İnformasiya Agentliyində redaktor olub.