İzmirdə qətliamın qarşısını polis Fethi Sekin canı bahasına aldı.
Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, İzmirdə baş verən terror hücumunda şəhid olan polis iqqəti və təcrübəsi sayəsində böyük bir faciənin qarşısını alıb.
43 yaşlı Sekin artıq 9 ildir ki, İzmid Ədliyyəsinə xidmət edirdi. Ədliyyə binasının C qapısı tərəfdə şübhəli maşını görən polis hərəkətə keçib. Terrorçuları ifşa edən polis onlara atəş açaraq qapıya tərəf yönəlməsinin qarşısını alıb.
Maşından enən terrorçuların arxasında qaçan, gülləsi bitənə qədər mübarizə aparan polis güllə yarası alaraq şəhid olub. Şəhid polis terrorçuları qovalayarkən onlardan birini öldürüb.