"Manchester City"nin baş məşqçisi Xosep Qvardiola oyun fəlsəfəsini ingilis futboluna uyğunlaşdırmaq istədiyini qeyd edib.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, katalon mütəxəssis bəzi uğursuz eksperimentlərə görə özünü günahkar görüb.
"Mənim fərqli fikirlərim olur. Məsələn, 3 müdafiəçi ilə oynamaq. Bu taktika bəhrəsini verməyəndə məsuliyyət baş məşqçinin üzərinə düşür. Mən oyunçulardan gileylənmirəm. Onların necə səylə məşq etdiyini, oyunlara həvəslə çıxdığını görürəm. Komanda özünü yaxşı tərəfdən göstərməyə çalışır. Onlara kömək etməliyəm. Futbolçuları tanıma mərhələsində olduğumdan bəzən ideyalarım o qədər də alınmır. İngiltərə futbolunu dəyişdirmək niyyətində deyiləm. Əlbəttə, İngiltərə məni dəyişəcək. Elə buna görə buraya gəlmişəm. Məşqçilik karyeran ərzində eyni şeyləri edirsənsə, 15-20 ildən sonra darıxmağa başlayırsan. Milyon dəfə demişəm ki, öz tərzimi İngiltərəyə uyğunlaşdırmağa çalışacam".