Mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatına vəsiqə qazanan ilk komanda müəyyənləşib.
Unikal.org AFFA-nın saytına istinadən məlumat verir ki, elit-raundun 8-ci qrupunda İspaniya, Sloveniya və İsrail yığmalarını qabaqlayaraq birinci yeri tutan Belçika komandası final mərhələsində mübarizə aparmaq hüququ qazanıb.