"Reanimasiyaya yerləşdirilən rejissor Şahin Zəkizadənin sayılı günləri qalıb".

Unikal.org xəbər verir ki, bu sözləri ekstrasens Aqil Məhərrəmov bildirib. Ekstrasens bildirib ki, Ş.Zəkizadə ikinci dəfə kimyaterapiya almasaydı, yaşamaq şansı ola bilərdi:

"İkinci dəfə müalicə olunmamalı idi. Bu müalicənin nəticəsini uğursuz görürəm. Onun yaşamaq şansı var idi. İkinci dəfə müalicə aldığına görə ( red. Şahin Zəkizadə iki dəfə kimyaterapiya alıb) xəstəliyi yenidən baş qaldırıb. Əgər belə olmasaydı, yaşamaq şansı ola bilərdi. Belə görürəm ki, Şahin Zəkizadənin sayılı günləri qalıb. Amma yenə də hər şey Allahın əlindədir".

Xatırladaq ki, rejissor Ş.Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadənin son açıqlaması belə olub:

"Müalicəsinin üçüncü mərhələsində kimyaterapiya alırdı. İkinci kimyaterapiyaya qədər yaxşı idi. Amma üçüncüdən sonra belə pisləşdi. Yanına girdim, əlindən tutdum. heç məni tanımadı. Həkimlər iynə vurub yatızdırıblar. Dözmək olmur çox çətindir. Amma, Allahdan ümidimi hələ də, kəsməmişəm. Allahdan bir möcüzə gözləyirəm. Həkimlər həyat yoldaşının səhhəti barədə heç bir ümid verici açıqlama vermirlər".sonxeber.az