Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyi fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən 5 hərbi qulluqçumuzun şəhid olduğunu açıqlayıb.
Adları açıqlanan əsgərlərimizdən biri - Haşımlı Tural Əbdül oğlunun sosial şəbəkə hesabından fotoları yayılıb.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, o, kəşfiyyat bölük komandiri, baş leytenant olub.
Turalın yaxınları onun 7 ay olar ki, evləndiyini bildirirlər. Şəhid Haşımlı ata olmağa hazırlaşırdı. Onun özündən böyük bacısı və kiçik qardaşı vardı.
Fotosu paylaşılan digər şəhidimiz isə 1982-ci il təvəllüdlü Abdullayev Aqşin İsmayıl oğludur.
![Şəhid hərbçimiz ata olacaqdı... - Fotolar Şəhid hərbçimiz ata olacaqdı... - Fotolar](http://www.qafqazinfo.az/newsphotosession/2017/02/27/16996329-1592906070739012-2947820534247793315-n-850.jpg)
![Şəhid hərbçimiz ata olacaqdı... - Fotolar Şəhid hərbçimiz ata olacaqdı... - Fotolar](http://www.qafqazinfo.az/newsphotosession/2017/02/27/16681760-798409033641446-2140574753394209874-n-704.jpg)
![Şəhid hərbçimiz ata olacaqdı... - Fotolar Şəhid hərbçimiz ata olacaqdı... - Fotolar](http://www.qafqazinfo.az/newsphotosession/2017/02/27/fffff-16.jpg)
![Şəhid hərbçimiz ata olacaqdı... - Fotolar Şəhid hərbçimiz ata olacaqdı... - Fotolar](http://www.qafqazinfo.az/newsphotosession/2017/02/27/aaa-392.jpg)