Ermənistan Müdafiə Nazirliyi cəbhədə hərbi toqquşma zamanı şəhid olan Azərbaycan hərbçilərinin cənazələrini özündə əks etdirən videotəsvirlər yayımlayıb. Təsvirlərdən görünür ki, çəkiliş uzaq məsafədən aparılıb.

 
Unikal.org Azərbaycan24-ə istinadla xəbər verir ki, şəhidlərimizin düzənlikdə sərilmiş cansız bədənləri ürəkparçalayan mənzərəyə yol açıb. Xüsusən iki şəhidimiz əl-ələ tutmuş vəziyyətdə olan nəşləri igidlərimizin son anda belə birlik, əzm və inamı itirmədiyinin acı təsvirlərini göz önünə sərib.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından artıq götürülüb.

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

Millət vəkili Aydın Mirzəzadə də hər kəsi bu videonu paylaşmağa çağırır.

Təsvirlərin düşmən ölkə tərəfindən yayımlandığını bir daha xatırladaraq həmin görüntüləri təqdim edirik: