"Magistratura və rezidenturanın I mərhələsi üçün imtahanlar aprel ayından tez olmayacaq.

Unikal.org xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Yerdə qalan digər imtahanların vaxtının elan olunması üçün Tarif Şurasının qərarı gözləyirik. Bildiyiniz kimi, 9-cu sinif üzrə buraxılış imtahanlarının I mərhələsi bu ilin 5, 12 və 18 mart tarixlərində keçiriləcək. Martın 26-da sınaq imtahanlarının keçirilməsini nəzərdə tutmuşuq. Yenə qeyd edirəm ki, bütün bunlar üçün Tarif Şurasının qərarını gözləyirik - deyə M. Abbaszadə bildirib

***11:35

"Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncam təxminən 70 min gənci əhatə edəcək.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, kolleclərə, ya da ali məktəblərə qəbul imtahanında iştirak üçün lazım olan məbləğ dövlət tərəfindən ödəniləcək: "Mən 70 min rəqəmini 2016-cı ilin rəqəmlərinə əsasən səsləndirirəm. Bu rəqəm azala da, çoxala da bilər.