Bir neçə gün əvvəl cəbhədə erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Cəfərov Zakir Nazim oğlu bu gün dəfn edilib.

Unikal.org cebhe.info-ya istinadla bildirir ki, Cəfərov Zakir Nazim oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin məzunu idi. Şəhid Zakir Cəfərov yaralı komandirini çiyninə alıb döyüş meydanından çıxarmaq istəyərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.