"Azərbaycan Ordusu öz sözünü deyəcək və ermənilər daha çox itkilərə məruz qalacaqlar.
Bu fikirləri Unikal.org-a açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Ehtiyyatda olan polkovnik son günlər cəbhədə yaşanan gərginlikdən də danışıb. O, son döyüşdə ermənilərin 50-ə yaxın itki verdiyini deyib: "Ermənistan itkilərini gizlədir. Onlar son hadisələrdə 5-6 qat çox itki veriblər. İtkilərinin sayı 50-ə yaxındır. Ona görə itkilərin sayını gizlədirlər ki, yerli əhali prezidentin üstünə qalxır. Orada ölənlərin çoxlarının valideyinləri yoxdur. Buna görə rahat şəkildə məsələni ört-basdır edirlər. Cəbhədə Ermənistan tərəfindən döyüşənlərin əskəriyyəti "nayomniklərdir. Azərbaycan Ordusunun gücü mənəvi, psixoloji durumu imkan verir ki, 1 həftəyə Qarabağı erməni işğalçılarından azad etsin. Ancaq Azərbaycanın Ali Baş Komandanı beynəlxalq qanunlara hörmətlə yanaşır, sülh danışıqlarının tam yekununu gözləyir. Beynəlxalq qurumlar və Ermənistanın özü Azərbaycanı bu gün məcburiyyət qarşısında qoyur.
Amid Əyyuboğlu