Avropa Birliyindən müxalifətə zərbə
11:24 06-07-2012
İQTİSADİYYAT
Avropa Birliyindən müxalifətə zərbə
Azərbaycan hakimiyyətinə təşəkkür edildi
Müxalifət liderləri bu dəfə də çıxılmaz duruma düşdü. Belə ki, AB prezidenti Azərbaycana gələcəyi təqdirdə müxalifətlə görüşlər keçirəcəyini bildirmişdi. Diplomatik mənbələrdən Hətta bu məsələ protokola da salınıb. Amma Bakıya gələn qonaq tamam başqa format ortaya qoydu.
O, müxalifət liderlərini tələbələrlə bir yerdə görmək istədi. Başqa cür desək , Avropa Birliyinin prezidenti Herman van Rompey Azərbaycan Dillər Universitetində tələbələr qarşısında çıxış edən zaman müxalifət liderlərinin də zalda oturmasını təklif etdi. Bu isə sözsüz ki, müxalifəti təhqir etməkdən başqa bir şey deyildi. Bu səbəbdən müxalifət görüşdən imtina etdi. Ən maraqlısı isə budur ki, AB prezidentinin çıxışı zamanı daha sərt açıqlamalar verəcəyi gözlənilirdi. Amma o, çıxışında demokratiyanın inkişafına görə hakimiyyətə təşəkkürünü bildirdi.
AB prezidenti bildirib ki, Azərbaycan yerləşdiyi coğrafi məkan nöqteyi-nəzərindən unikal ölkədir. O regionda təhlükəsizlik və stabilliyə nail olmağın zəruriliyini vurğulayıb və region ölkələrini “tarixin girovuna çevrilməməyə, birlikdə daha yaxşı gələcək qurmağa” çağırıb.
“Avropa Birliyi öz şərq qonşularına böyük diqqət ayırır. Bu yaxınlarda yeni Avropa Qonşuluq Siyasəti proqramının icrasına başlanılıb, bu, proqrama daxil olan ölkələrin inkişafını dəstəkləməyə yönəlib. Avropa Birliyi öz qonşuları ilə münasibətləri təkcə iqtisadi əməkdaşlıq səviyyəsində qurmur, biz həmçinin vətəndaş cəmiyyətinə də böyük diqqət ayırırıq. Demokratiyanın inkişafında vətəndaş cəmiyyəti mühüm rol oynayır”.
Herman van Rompey qeyd edib ki, Avropa Birliyi islahatların davam etdirilməsi və dərinləşməsində Azərbaycana dəstək verir: “Biz Azərbaycanın insan haqları sahəsində vəziyyəti yaxşılaşdırmaq və demokratiyanın inkişafına yönəlmiş səylərini alqışlayırıq”. Gördüyünüz kimi, məsələ tamam fərqlidir. Ümumiyyətlə bu məqamda bir detala xüsusi önəm verək ki, son bir ayda Avropada Azərbaycana qarşı münasibət get-gedə loyallaşır. Bundan öncə də AŞPA-in həmməruzəçiləri hakimiyyəti az qala dəstəkləyən bəyanatla çıxış etdilər. Ümumilikdə götürən də Azərbaycanın yeganə problemi siyasi məhbuslarla bağlı məsələdir. Amma ekspertlər bildirir ki, vicdan məhbuslarının azadlığa buraxılması vəziyyəti xeyli dəyişib. Ehtimal edilir ki, sentyabrda daha bir neçə siyasi məhbusun, o cümlədən Əli İnsanovla, Fərhad Əliyevin də azadlığa buraxılması hakimiyyətin nüfuzuna kifayət qədər müsbət təsirini göstərəcək. İndi isə qayıdaq AB prezidentinin çıxışına. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi faktını dəyərləndirən Herman van Rompey bildirib ki, Avropa Birliyi Azərbaycanla bir sıra mühüm məsələlərdə əməkdaşlığı yüksək qiymətləndirir.
“Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək səylərini davam etdirəcək. Bölgədə sabitlik yaranmayınca bir çox planı həyata keçirmək mümkün olmayacaq”. Bu sözləri də Avropa Birliyinin prezidenti Herman Van Rompey deyib. O, son vaxtlar təmas xəttində baş verən insidentlərdən ciddi narahat olduğunu bildirərək hər iki tərəfi atəşkəs rejiminə riayət etməyə və münaqişəni alovlandırmaqdan çəkinməyə çağırıb: “Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini tam dəstəkləyirik. Bununla yanaşı, AB tərəflər arasında etimad yaradılması üçün əlavə dəstək verə bilər. Tərəflər arasında etimad yaranmasa heç vaxt sülh olmayacaq”.
Van Rompey qeyd edib ki, münaqişənin həlli üçün vaxt lazımdır: “Bir gündə ev tikmək mümkün deyil, bir gün ərzində münaqişəni həll etmək və ya demokratiya qurmaq da mümkün deyil. Evi inşa etmək üçün kərpicləri bir-bir qoymaq lazımdır. Azərbaycan cəmiyyəti evin inşasını başa çatdırır və Avropa Birliyi bu məsələdə sizə dəstəyini davam etdirir”.
Ekspertlər bildirir ki, prezidentin istər Ermənistandakı, istərsə də Azərbaycandakı çıxışlarını müqayisə edəndə aydın olur ki, Azərbaycana daha müsbət yanaşma sərgiləyib. Ən azından o, Ermənistandan fərqli olaraq Azərbaycanla daha sıx əməkdaşlığa hazır olduğunu və Azərbaycana dəstək verəcəyini bəyan etdi.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00