Bu gün Azərbaycanın görkəmli alimi, mineralogiya elmləri doktoru, professor Çapay Sultanovun doğum günüdür. Onun 81 yaşı tamam olur.

1936-cı ildə Bakı şəhərində anadan olan Çapay Sultanov, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1960-1989-cu illərdə Elmlər Akademiyasında Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləmiş və kiçik elmi işçi vəzifəsindən neft-mədən geologiyası şöbəsinin rəhbəri vəzifəsinə qədər yol keçmişdir. Akademiyada işlədiyi müddətdə respublikanın iri neft və qazkondensat yataqlarının kəşf olunması və işlənməsində iştirak edib, onların istismarı üçün elmi əsaslar hazırlayıb.
Onun «Neft» kitabı neft sahəsində çalışan insanların stolüstü kitabına çevrilib.
Ç.Sultanov dənizdə neft və qaz yataqlarında olan təbii ehtiyatların hesablanması və rasional işlənməsinə görə Çapay Sultanov Azərbaycanın Dövlət Mükafatı ilə təltif edilib. 2011-ci ildə 75 illik yubileyi münasibəti ilə "Şöhrət ordeninə layiq görülən alimə erməni terrorizminin işıqlandırılması istiqamətində apardığı informasiya mübarizəsinə görə Azərbaycan Respublikası MTN-i tərəfindən S.Əsgərova adına birinci mükafat təqdim olunub.
Son illərdə Ç.Sultanovun ciddi elmi araşdırmaların bəhrəsi olan çoxsaylı kitabları Azərbaycanda və onun hüdudlarından kənarda çap edilib, böyük maraqla qarşılanıb. Ən diqətçəkəni isə odur ki, Çapay müəllimin Avropada və Türkiyədə kitablarının çapı adi hal alıb və bu kitablar istər sıravi oxucular, istərsə də tədqiqatçılar tərəfindən yüksək qiymətləndirilir.
Çapay müəllimin adı yalnız elm yox, şahmat tariximizə də qızıl hərflərlə yazılıb. Belə ki, o, 16 il ərzində Azərbaycan Şahmat Federasiyasına (AŞF) rəhbərlik edib. Həmin müddətdə, onun başçılığı ilə respublikanın şəhər və rayonlarında 42 şahmat məktəbi açılıb. 1987-ci ildə SSRİ-nin Şahmat Federasiyasının iclasında qərara alınıb ki, Azərbaycan Şahmat Federasiyasının iş təcrübəsi ittifaq respublikalarının şahmat federasiyaları arasında bölünsün.
Çapay Sultanov tərəfindən dünyada ilk dəfə olaraq şahmat ustalığının mükəmməlləşdirilməsi ilə bağlı kompüter sistemi işlənilib. Bu sistemlə yaxından tanış olmaq üçün Bakıya məxsusi olaraq FİDE-nin prezidenti F.Kompamanes də səfər edib.
Görkəmli alimin AŞF-yə rəhbərlik etdiyi dövr ölkə şahmatının "qızıl dövrü hesab olunur.
Şahmat sahəsinin inkişafında göstərdiyi xidmətlərə görə Çapay Sultanova şahmat üzrə əməkdar məşqçi, «Azərbaycanın idman və bədən tərbiyəsi üzrə əməkdar işçisi» fəxri adları verilib, xalq maarifləndirilməsi üzrə əlaçı nişanı ilə təltif olunub.1986-cı ilədə onu FİDE-nin iki komissiyasının üzvlüyünə seçiblər. Çapay Sultanov «O шахматах и только-¦Â», «Сквоз призму шахмат-¦Â» kitablarında oxucularla özünün çoxillik təcrübəsini paylaşıb. Çapay Sultanovun fəaliyyəti demək olar ki, bütün sferaları əhatə edir. Onun araşdırmaları bu gün də tələbələr, aspirantlar üçün elmi əyani-vəsaitdir.
Azərbaycan elminə misilsiz xidmətlər göstərmiş, gərgin əməyin və dərin intellktin məhsulu olan bir-birindən qiymətıli kitabları ilə böyük töhvələr vermiş, eyni zamanda ölkə şahmat məktəbinin formalaşmasında böyük xidmətləri olan görkəmli alimi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı və elmi fəaliyyətində yeni uğurlar arzulayırıq.