İraqın Mosul şəhərində İŞİD-ə qarşı əməliyyat davam edir.

Beynəlxalq Miqrasiya Təşkilatı 45 mindən çox vətəndaşın Mosulun qərbindəki münaqişələrə görə şəhəri tərk etdiyi barədə hesabat yayımlayıb.

45 min dinc sakinin 19 fevraldan etibarən şəhəri tərk etdiyi bildirilib.

Qeyd edək ki, Mosul əməliyyatı başlayandan bu şəhərdən 200 min qaçqın qeydə alınıb.