Qubada radikal dini təriqət üzvlərinə qarşı əməliyyat keçirilib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, polisə daxil olmuş məlumat əsasında rayon sakini Tehran Əmiraslanovun yaşadığı evdə əməliyyat həyata keçirilib. Əməliyyat zamanı T. Əmiraslanovun qadağan olunmuş dini təriqətlərdən birinin təbliği ilə əlaqədar evində yığıncaq təşkil etdiyi müəyyənləşib. Evə baxış zamanı oradan 54 ədəd dini kitab və 16 ədəd audio kaset aşkar edilərək götürülüb.

Ev sahibi və yığıncaqda iştirak edən 22 nəfər saxlanılaraq barələrində tədbir görülüb.