Əri ilə birgə Bakıda yaşayan 32 yaşlı Rusiya vətəndaşı Yasmin Marinenko Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında doğmağa hazırlaşdığını açıqlayıb.

Unikal.org-un Rusiya KİV-nə məlumatına görə, qadın bildirib ki, ailəsinin 700-800 dollara başa gələcək doğum xərclərini qarşılamağa imkanı yoxdur. Yardım üçün müraciət etdiyi Rusiyanın diplomatik nümayəndəliyi isə ona kömək etməkdən imtina edib.

Yasmin Marinenko Rusiyada məktəblərin birində direktor müavini olaraq çalışıb, əri isə tikintidə işləyib. Lakin ərinin səhhətində problemlər yaranıb, özü isə analıq məzuniyyətində olduğu üçün işləyə bilməyib. Bir ildən çoxdur ki, Bakıda ərinin ailəsinin yanında yaşayır.

Qadın Azərbaycan tərəfindən pulsuz yardıma bel bağlamadığını deyir: "Azərbaycan bizə heç nəyə görə borclu deyil. Pulsuz tibbi yardım olmayacaq.

Sözügedən məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuiat xidmətinin rəhbəri Liya Bayramova Unikal.org-a açıqlama verib. 

O, bildirib ki, Azərbaycanda dövlət tibb müəsissələrində vətəndaşlara xidmət pulsuzdur: "Sözügedən xanım qeydiyyatda olduğu müəssisəyə müraciət etsin. Əgər hər hansı dövlət xəstəxanası həmin xanımdan və yaxud da digər vətəndaşlardan pul tələb edərsə, konkret faktlarla bizim 9103 qaynar xəttə müraciət edə bilər".