Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

Onun sözlərinə görə, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb: "Hələ müraciətlərə baxılır. Daha 2 iclas keçiriləcək, müraciətlərə baxıldıqdan sonra yekunlaşacaq".

Qeyd edək ki, ümumilikdə Komissiyaya 800-dən artıq müraciət daxil olub.